`Neft Daşları`nda yeni quyu istismara verilib


22:59     01 Noyabr 2016 1406111788_quyu-qazilir.jpg

“Neft Daşları” yatağında 2592 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.


SOCAR-ın mətbuat xidmətindən Femida.az-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi (İB) tərəfindən yataqların səmərəli işlənməsi, neft və qaz-kondensat hasilatı üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsi istiqamətində işlər uğurla davam etdirilir. “Azneft” İstehsalat Birliyi istismar quyularının qazılmasına, eyni zamanda fəaliyyətsiz fondda olan quyuların təmir olunaraq istismara qaytarılması ilə quyu şəbəkəsinin sıxlaşdırılması işlərinin həyata keçirilməsinə diqqəti artırır.

“Azneft” İB-nin sifarişi ilə “Neft Daşları” yatağında 2592 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. 2585 nömrəli stasionar dəniz özülündən qazılmış 2592 nömrəli quyu məhsuldar qat çöküntülərinin qirməki üstü qumlu lay dəstəsindən qalıq süzgəclər açıldıqdan sonra qazlift üsulu ilə məhsul verib. Quyu 2440-2434 və 2432-2429 metr interval dərinliklərindən gündəlik 17 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İB-nin “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1351